bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Premyer Liqada oyunlar azarkeşsiz keçriləcək

12.03.2020 13:00 Oxundu 487


İngiltərədəki bütün futbol matçları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar sabahkı iclasda qəbul olunacaq. Mövsümün təxirə salınması gündəmdə deyil. İngiltərə Premyer Liqasının oyunları və aşağı divizionlardakı görüşlər boş tribunlar önündə olacaq.

Qarşılaşmalar təhlükəsizlik səbəbindən pablarda yayımlanmayacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu pandemiya elan edib