12.03.2020 13:06
470

Ukrayna kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Cempion.az xəbər verir ki,yığmamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti oyununa çıxıb. 1/4 final mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşan “Aleksandriya”, əsas vaxtı 0:0 bitən qarşılaşmanın 106-cı dəqiqəsində qol buraxaraq, məğlub olub – 0:1.
Qeyd edək ki, Pavel Paşayev sözügedən qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.