çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

5 ölkə transferə 1,2 milyard dollar xərcləyib

05.08.2016 21:26 Oxundu 489

Avropanın aparıcı 5 futbol ölkəsi ötən ay transferlərə rekord miqdarda pul xərcləyib. Bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb. Məlumata görə, İspaniya, İngiltərə, İtaliya, Fransa və Almaniya iyul ayında transferlərə1,2 milyard dollar xərcləyiblər. Bu, qış transfer dövründə olduğundan (381 milyon dollar) təxminən 4 dəfə çoxdur.

Yay transferi dövrünün ən bahalı oyunçusu isə Qonsalo İquain olub. "Yuventus" onun transferi üçün "Napoli"yə 90 milyon avro ödəyib. Çinin "Şanxay-Telles" komandası isə Xalkın transferi məqsədi ilə "Zenit"ə 55 milyon avro verməli olub. İngiltərənin "Mançester Siti" komandası isə Almaniyanın "Şalke04" komandasından Leroy Saneni transfer edib. Bu transfer ingilis klubuna 50 milyon avroya başa gəlib.

Qeyd edək ki, yay transferi avqust ayının 31-də başa çatacaq. Hazırda Avropanın aparıcı futbol klublarının daha bir neçə senssasiyalı transferə hazırlaşdıqları barədə məlumatlar dolaşır.

Hazırladı: Əziz Mustafa