bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Ruqanidə koronavirus aşkarlanıb

12.03.2020 13:20 Oxundu 485


"Yuventus"un müdafiəçisi Daniele Ruqanidə koronavirus aşkarlanıb.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müdafiəçinin testləri müsbət çıxıb. Klubun saytı 25 yaşlı futbolçu ilə təmasda olan şəxslərin yoxlanılacağını açıqlayıb.

Qeyd edək ki, Ruqani İtaliya A Seriyasında koronavirusa yoluxan ilk oyunçu olub. Ölkə çempionatı epidemiyaya görə dayandırılıb.