12.03.2020 14:07
492

UEFA Çempionlar Liqasının oyunlarının keçirilməsi dayandırıla bilər.
Cempion.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumatda, koronavirus epidemiyası səbəbiylə turnirin qeyri-müəyyən vaxta qədər dayandırılması ilə bağlı müzakirələrin aparıldığı bildirilib. Məsələylə bağlı yekun iclasın olacağı və bu gün qərarın açıqlanması gözlənilir.
Qeyd edək ki, epidemiya səbəbiylə Çempionlar Liqasının əksər oyunları azarkeşsiz keçirilir.