12.03.2020 14:40
486


Arda Turan “Barselona”nı tərk etmək istəmədiyini söyləyib.
Cempion.az xəbər verir ki, İspaniyanın nüfuzlu “AS” nəşrinə müsahibə verən türkiyəli futbolçu öz vətənində yalnız “Qalatasaray”da oynamaq istədiyini bildirib: “Hazırda mən “Barselona”ya məxsusam. Klubla əlaqəmi itirmək fikrində deyiləm. Bəlkə də növbəti mövsüm başqa əcnəbi klubda çıxış edəcəyəm. Amma Türkiyədən yalnız “Qalatasaray”ın təklifini qeydsiz-şərtsiz qəbul etməyə hazıram”.