bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

La Liqa dayandırıldı

12.03.2020 16:30 Oxundu 494


İspaniya Futbol Federasiyası La Liqanı təxirə salıb.
Cempion.az "La Cadena SER"ə istinadən xəbər verir ki, ölklə daxilində koronavirus epedemiyasının geniş yayılmasına görə, La Liqa və Sequndanın oyunları ilə yanaşı, aşağı liqaların qarşılaşmalarıda iki həftəlik dayandırılıb. İspaniya Kral Futbol Federasiyası həvəskar turnirlərin ləğv olunması barədə də qərar çıxarıb.

Xatırladaq ki, "Real" klubunun oyunçuları bu səbəbdən karantinə alınıb.

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 2,2 mini keçib, 56 nəfər dünyasını dəyişib.