bazar ertəsi, 05 may 2025

DİGƏR NÖVLƏR

Avroliqa və Avrokubok təxirə salındı

12.03.2020 17:30 Oxundu 455


Basketbol üzrə Avroliqa və Avrokubok yarışları koronavirusun yayılması səbəbindən dayandırılıb.
Cempion.az xəbər verir ki, bu barədə Avroliqanın mətbuat xidməti məlumat yayıb.

Avroliqanın müntəzəm çempionatında 5 tur qalıb. Bunlardan sonuncusu 9-10 apreldə olacaq. Avrokubok isə 1/4 final mərhələsindədir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Əvvəllər qurum vəziyyəti epidemiya kimi qiymətləndirirdi. ÜST 114 ölkədə ümumilikdə 118 min insanın koronavirusa yoluxduğunu açıqlayıb.