13.03.2020 09:30
530


''Mançester Siti''li oyunçunun ailəsində koronavirus testi müsbət çıxıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən bildirir ki, əsas komandanın üzüvlərindən birinin ailəsində virus aşkarlanıb. Bunun ardından həmin futbolçu özüdə test verib və testin nəticələri çıxana kimi karantində saxlanılacaq. Oyunçunun adı isə açıqlanmayıb.
''The Mail'' və ''The Sun'' nəşirinə görə isə bu futbolçu Benjamin Mendidir.
Qeyd edək ki, bu vəziyyətlə əlaqədar klub rəsmiləri digər futbolçuları xəbərdar edib.