
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Cempion.az xəbər verir ki, Avropada geniş yayılan koronavirus epidemiyasına görə “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” matçları təxirə salınıb.
Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” “Kopenhagen”i qəbul edib və minimal hesabla qalib gəlib. “Mançester Yunayted” Avstriyada LASK-a 5 cavabsız qol vurub. “Olimpiakos” evdə “Vulverhempton”la heç-heçəyə razılaşıb.
“Ayntraxt”ın qonağı olan “Bazel” darmadağına imza atıb. “Volfsburq” da “Şaxtyor”la ev oyunundan məğlubiyyətlə ayrılıb. “Bayer” isə Qlazqoda “Reyncers”lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.
LASK – “Mançester Yunayted”, “Olimpiakos” – “Vulverhempton”, “Volfsburq” – “Şaxtyor” və “Ayntraxt” – “Bazel” matçları koronavirus epidemiyasına görə azarkeşsiz keçirilib.
Qeyd edək ki, cavab oyunları martın 19-da keçiriləcək.
Avropa Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
12 mart
''Başakşəhər'' (Türkiyə) – ''Kopenhagen'' (Danimarka) 1:0
Qol: Vişça, 88-pen.
LASK (Avstriya) – ''Mançester Yunayted'' (İngiltərə) 0:5
Qol: İqalo, 28. Ceyms, 58. Mata, 82. Qrinvud, 90+2. A.Pereyra, 90+3.
''Ayntraxt'' (Frankfurt, Almaniya) – ''Bazel'' (İsveçrə) 0:3
Qol: Kampo, 27. Bua, 73. Frey, 85.
''Olimpiakos'' (Yunanıstan) – ''Vulverhempton'' (İngiltərə) 1:1
Qol: Əl Arabi, 54 – Neto, 67.
''Reyncers'' (Şotlandiya) – ''Bayer'' (Leverkuzen, Almaniya) 1:3
Qol: Edmundsson, 75 – Haverts, 37. Aranquiz, 67. Beyli, 88.
''Volfsburq'' (Almaniya) – ''Şaxtyor'' (Donetsk, Ukrayna) 1:2
Qol: Bruks, 48 – Moraes, 17. Antonio, 73.