13.03.2020 14:20
530


Rusiya Futbol İttifaqı milli komandanın baş məşqçisi Stanislav Çerçesovun müqavilə müddətini uzadıb.
Cempion.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.
Qeyd edək ki, S.Çerçesov 2016-cı ilin avqust ayından Rusiya millisini çalışdırır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə ölkədə keçirilən dünya çempionatında tarixində ilk dəfə 1/4 finala yüksəlib. Komanda Avro-2020-nin final mərhələsinə də vəsiqə qazanıb