bazar ertəsi, 05 may 2025

VOLEYBOL

"Ağsu Siti" nümaunəvi addım atıb

13.03.2020 16:15 Oxundu 596


Region Liqasında çıxış edən "Ağsu Siti" nümaunəvi addım atıb.

Cempion.az xəbər verir ki, Mərkəz zonasının lideri Ağsunun Ərəbuşağı kəndinə yollanaraq, voleybol meydançası üçün zəruri idman ləvazimatlarını hədiyyə edib.

Region Liqasında matçlar ötən həftəsonundan koronavirus təhlükəsinə görə qeyri-müəyyən müddətə təxir salınıb. "Ağsu Siti" nin məcburi fasilə dönəmində bu fəallığı artıq sorğulanmamalıdır.

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov həvəskar kluba qayğı göstərməyə başlayıb. I Divizionda çıxışını dayandıran "Ağsu"nun himayədarı artıq "Ağsu Siti" ilə nəfəs alır.