bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Premyer Liqa dayandırıla bilər

13.03.2020 13:25 Oxundu 477


Futbol üzrə İngiltərə Premyer Liqasınının rəhbərliyi bu həftəsonu keçirilməli olan oyunları ləğv edəcək.
Cempion.az "The Times" nəşrinə istinadən xəbər verir ki, qurum "Arsenal"ın baş məşqçisi Mikel Artetada koronavirus infeksiyası aşkarlandıqdan sonra bu variantı nəzərdən keçirməyə başlayıb.

Çempionatın oyun cədvəlindəki düzəlişlərlə bağlı yekun qərar bu gün klub nümayəndələri ilə təcili toplantıda qəbul oluna bilər.

Qeyd edək ki, Mikel Artetadan başqa, "Çelsi"nin yarımmüdafiəçisi Kallum Hadson-Odoi, "Lester"in adı açıqlanmayan 3 futbolçusunda koronavirusun simptomları aşkarlanıb. Daha əvvəl Premyer Liqanın bütün oyunlarının azarkeşsiz keçirilməsinə qərar verilib. Bu, İngiltərə futbol tarixində ilk belə hadisədir.