bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

MLS və USL müntəzəm çempionatları təxirə salınıb

13.03.2020 15:40 Oxundu 479


ABŞ-ın MLS və USL müntəzəm çempionatları təxirə salınıb.
Cempion.az xəbər verir ki, hər iki liqanın rəhbərliyi oyunların ən azı 30 gün müddətinə dayandırıldığını açıqlayıb. Bildirilib ki, futbolçuların, azarkeşlərin, işçilərin sağlamlığı və təhlükəsizliyi onlar üçün əsas prioritetdir.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL müntəzəm çempionatında "Finiks Rayzinq"də çıxış edir. 29 yaşlı hücumçu ilk turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda "het-trik" edib. Dadaşov USL-də həftənin oyunçusu seçilib.