13.03.2020 14:40
588

Türkiyənin "Qalatasaray" klubu Superliqanın təxirə salınmasını istəyir.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, "Sarı-qırmızılılar" oyunların azarkeşsiz keçirilməsi əvəzinə, çempionatın 15 gün və ya 1 ay müddətinə dayandırılması təklifi ilə çıxış edib.
Qeyd edək ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın aprelin 30-dək ölkədəki bütün idman tədbirlərinin azarkeşsiz keçiriləcəyini bildirib. Martın 15-də Superliqanın XXVI turunun "Qalatasaray" - "Beşiktaş" matçı keçiriləcək.