13.03.2020 14:33
504

Futbol üzrə Almaniya Bundesliqası koronavirus səbəbindən təxirə salınıb.
Cempion.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus epedemiyasının geniş yayılmasına görə, çempionat oyunları martın 17-dən aprelin 2-dək dayandırılacaq.
Bu həftəsonu baş tutacaq növbəti turun qarşılaşmaları isə boş tribunalar önündə oynanılacaq.
Qeyd edək ki, koronavirus səbəbindən Avropanın bir çox ölkəsində çempionat təxirə salınıb.