13.03.2020 18:48
436

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Cempion.az UEFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, bu ada İtaliya "Atalanta"sının oyunçusu Yosip İliçiç layiq görülüb.
32 yaşlı yarımmüdafiəçi İspaniyada "Valensiya"nı 4:3 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab görüşündə 4 qol vuraraq pokerə imza atıb.
Qeyd edək ki, ilk qarşılaşmada rəqibini 4:1 hesabı ilə üstələyən "Atalanta" 1/4 finala yüksəlib.