çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Sampdoriya" AFFA-nın planını necə pozur?

14.03.2020 13:00 Oxundu 509


“Sampdoriya” adı millimizlə hallanan Canni De Byazini baş məşqçi gətirmək istəyir.

Cempion.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, klub rəhbərliyi De Byazinin komandada çalışmasında maraqlıdır. Təcrübəli mütəxəssis daha öncə verdiyi açılamasında A Seriyasından bir klubdan təklif aldığını və qəbul etmədiyini bildirmişdi.

Ancaq indi iddia edilir ki, 26 xalla turnir cədvəlində 16-cı sırada qərarlaşan klubun rəhbərliyi yaxın günlərdə təcrübəli mütəxəssislə yenidən danışıqlara başlayacaq. Bu isə AFFA-nın planlarını pozur. Məlum olduğu kimi, bizimkilər də bu mütəxəssislə danışıqlar aparır və hazırda Azərbaycan millisinin baş məşqçisi olmağa ən real namizəd De Byazidir. Lakin "Sampdoriya"dan gələn son təklifdən sonra italiyalı məşqçi tərəddüt etməyə başlayıb. Çünki A Seriyada işləmək daha cəlbedici gəlir.