14.03.2020 14:18
614

"Formula 1" üzrə Bəhreyn və Vyetnam Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb.
Cempion.az xəbər verir ki, təşkilatçılar koronavirus pandemiyasının geniş miqyasda yayılmasına görə bu addımı atıb.
Bəhreyn Qran-prisi 20 - 22 martda, Vyetnamdakı yarış isə 3 - 5 apreldə baş tutmalı idi.
"Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. 5-7 iyunda Azərbaycan Qran-prisi təşkil olunmalıdır.