çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

"Spartak"ın baş məşqçisi Berdıyev olacaq

05.08.2016 21:56 Oxundu 435

Avropa lıqasında AEK-ə məğlub olaraq mübarizəni dayandıran Moskvanın "Spartak" komandasının baş məşqçisi Aleyniçevin istefa verməsindən sonra adı çəkilən klub yenidən başsız qalıb. Bunu nəzərə alaraq yeni baş məşqçi axtarışına çıxan "Spartak" rəhbərliyi Qurban Berdıyevin üzərində dayanıb. Bununla əlaqədar Rusiyanın "MatçTV" kanalının verdiyi məlumata görə, klub rəhbərliyi artıq Berdıyevlə görüşərək onunla müvafiq anlaşma imzalayıb. "MatçTV"-nin iddiasına görə, "Spartak" rəhbərliyi Berdıyevlə artıq iki illik anlaşma imzalayıb.

Xatırladaq ki, Berdıyev "Rostov" komandasına rəhbərlik edirdi. Onan baş məşqçiliyi altında "Rostov" son Rusiya çempionatında 2-ci yeri tutub.

Hazırladı: Əziz Mustafa