şənbə, 21 iyun 2025

DÜNYA FUTBOLU

Almaniya klubunun futbolçusunda koronavirus aşkarlanıb

14.03.2020 17:30 Oxundu 547

Almaniyanın “Nürnberq” klubunun futbolçusunda koronavirus aşkarlanıb.

Cempion.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Fabian Nürnberqerdə virus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçunun vəziyyətinin yaxşı olduğu bildirilib. Klub bütün futbolçuların və texniki heyətin karantinə alındıqlarını açıqlayıb.