çərşənbə axşamı, 06 may 2025

DİGƏR NÖVLƏR

Ronaldinyonun ərizəsi qəbul edilməyib

14.03.2020 15:00 Oxundu 474


Braziliyalı ulduz futbolçu Ronaldinyo Paraqvayda davam edən həbsinin ləğvi ilə əlaqədar vəkilləri vasitəsilə məhkəməyə ərizə verib.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Apellyasiya məhkəməsi Ronaldinyonun əleyhinə qərar qəbul edib.

Belə ki, onun girov müqabilində sərbəst buraxılması istəyi rədd edilib. Bu səbəbdən Ronaldinyonun bir müddət daha həbsdə qalacağı gözlənilir.

Qeyd edək ki, məhkəmə Braziliya millisinin və İspaniya "Barselona”sının sabiq futbolçusunun həbsinin 6 ay uzadılması barədə qərar vermişdi.