çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

UEFA AVRO-2020-nin hazırlıqlarını dayandırır

14.03.2020 13:45 Oxundu 509


UEFA AVRO-2020-nin keçirilməsi ilə bağlı hazırlıq işlərini dayandırmağa qərar verib.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyasının geniş yayılmasıdır.

Bildirilir ki, qurum tərəfdaşlarını hazırlıq proseslərinin dayandırılmasının zəruriliyi barədə məlumatlandırıb. Çünki turnirin final mərhələsinin 2021-ci ilə keçirilməsi müzakirə olunur.

Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılan AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda təşkil olunmalı idi.