çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Almeyda qol vurdu, komandası qələbə qazandı

15.03.2020 14:18 Oxundu 629


Millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi  "Baniyas"  Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

Cempion.az xəbər verir ki, sözügedən klub 19-cu  turda doğma meydanda “Al İttihad Kalba" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. O, 52-ci dəqiqədə penaltidən komandasının bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Baniyas” 19 oyuna topladığı 23 xalla 14 iştirakçı arasında 9-cudur.