çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Avrokuboklar üçün yeni format

15.03.2020 22:00 Oxundu 494


UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümünü yekunlaşdırmaq üçün “Dördlər finalı” formatına müraciət edə bilər.

Cempion.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, “Dördlər finalı” formatının tətbiq edilməsiylə bağlı məsələnin UEFA-nın martın 17-də keçirəcəyi videokonfransda müzakirə olunacağı bildirilib.

“Dördlər finalı” yarımfinal mərhələsinə yüksələn komandaların iştirakı ilə keçirilir. Format çərçivəsində 2 yarımfinal və 1 final matçı oynanılır və bu qarşılaşmalar hamısı bir stadionda keçirilir.

Çempionlar Liqasının final matçı Türkiyənin İstanbul, Avropa Liqasının həlledici oyunu isə Polşanın Qdansk şəhərində keçirilməlidir.