15.03.2020 22:18
539

İspaniyanın "Valensiya" klubunun koronavirus testi müsbət nəticə verən futbolçularının adları müəyyənləşib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, bunlar Esekyel Qaray, Elyakim Manqala və Xose Qayyadır. Habelə, məşqçi Pako Kamarasa və həkim Xuan Alyaqa da bu xəstəliyə yoluxub.
Son məlumatlara əsasən, dünyada 156 min insanda koronavirusun olduğu təsdiqlənib. Onlardan 5 833-ü ölüb, 73 968-i sağalıb. Xəstəliyin əsas ocaqları Çin, İtaliya, İran, Cənubi Koreya və İspaniyadır.