çərşənbə, 21 may 2025

DÜNYA FUTBOLU

Derbidə qol səsi çıxmadı

15.03.2020 23:21 Oxundu 479


Türkiyə Super Liqasında 26-cı tura start verilib.

Cempion.az xəbər verir ki, turun bütün qarşılaşmaları koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

26-cı turun ilk oyun günündə iki qarşılaşma keçirilib. Autsayderlər qrupunda yer alan “Ankaragücü” “Rizəspor”u, “Kasımpaşa” isə “Göztəpə”ni qəbul edib. Hər iki oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Şənbə günü üç qarşılaşma baş tutub. “Dənizlispor” “Gənclərbirliyi”ni, “Alanyaspor” isə “Qaziantep”i minimal hesabla məğlub yola salıb. Səfərdə “Konyaspor”la qarşılaşan “Fənərbaxça” da turu minimal hesabla məğlub başa vurub.

Lider “Trabzonspor” bu turda doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Qalatasaray” “Beşiktaş”ı sınağa çəkib. Bu oyunda isə qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası, 26-cı tur

13 mart

''Kasımpaşa'' – ''Göztəpə'' 2:0
Qol
: Koita, 2; 90+2.

''Ankaragücü'' – ''Rizəspor'' 2:1
Qol
: B.Albayrak, 17-öz qapısına. Q.Rodriqes, 22 – Qarmaş, 45+1.

14 mart

Dənizlispor – Gənclərbirliyi 1:0
Qol
: Rodalleqa, 54.

''Alanyaspor'' – ''Qaziantep'' 1:0
Qol
: Koker, 42.

''Konyaspor'' – ''Fənərbaxça'' 1:0
Qol
: Bayiç, 41.

15 mart

''Kayserispor'' – ''Yeni Malatyaspor'' 2:1
Qol
: Mesanoviç, 22. P.Enrike, 42 – Kyartansson, 70.

''Trabzonspor'' – ''Başakşəhər'' 1:1
Qol
: Şkrtel, 63-öz qapısına – D.Ba, 56.

''Qalatasaray'' – ''Beşiktaş'' 0:0

16 mart

21:00 ''Antalyaspor'' – ''Sivasspor''