16.03.2020 00:25
545

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 27-ci turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Nefteximik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Kamran da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
Qeyd edək ki, “Ximki” 27 turdan sonra 54 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.