şənbə, 21 iyun 2025

DÜNYA FUTBOLU

İbrahimoviç İtaliyanı tərk etdi

16.03.2020 14:38 Oxundu 467

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliyanı tərk edib.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ailəsi ilə birgə İsveçə yollanıb. O, vətəninə şəxsi təyyarəsi ilə gedib. Zlatanın bütün ailəsini Stokholmdakı mallikanəsinə topladığı bildirilir.

İbrahimoviçin İtaliyada vəziyətin düzələcəyinə qədər oraya qayıtmağı düşünmədiyi iddia edilir. Mövsümün sonunda "qırmızı-qaralar"la müqaviləsi başa çatacaq hücumçu klubdakı gələcəyi ilə bağlı da yaxın günlərdə qərar verəcək.