çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Poker etdiyi topu xəstəxanaya bağışladı

16.03.2020 17:12 Oxundu 509


"Atalanta"nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında "Valensiya" ilə görüşdə (4:3) poker etdiyi imzalı topu Berqamo xəstəxanasına bağışlayıb.

Cempion.az xəbər verir ki, sloveniyalı futbolçu koronavirusla mübarizə aparan xəstələr üçün bu addımı atıb.

32 yaşlı futbolçu Çempionlar Liqasında səfərdə poker etmiş ən yaşlı futbolçu kimi tarixə düşüb.