çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

"Lion"un prezidenti: "Ən məntiqli qərar mövsümün ləğv edilməsidir"

16.03.2020 18:05 Oxundu 508


“Lion”un prezidenti Jan-Mişel Olas koronavirus pandemiyası səbəbiylə dayandırılan Liqa 1-lə bağlı açıqlama verib.

Cempion.az xəbər verir ki, klub rəhbəri cari mövsümün nəticələrinin ləğv olunmasını istəyib:

“Hazırda ən yaxşı qərar mövsümün etibarsız elan edilməsidir. Turnirin reqlamentində mövsümün sonunda turnir cədvəlinin son pillələrində qərarlaşan komandaların liqanı tərk etməsi nəzərdə tutulur.

Fərqli bir qərar baha başa gələcək məhkəmə proseslərinə səbəb ola bilər. Hazırda ən məntiqli qərar mövsümün ləğv edilməsi və çempionatın yeni mövsümdən başlanılmasıdır.

Avrokuboklara qatılacaq komandalara gəlincə, hər zamankı qaydalar bu dəfə turnir cədvəlinin üst pilləsində olan komandalara tətbiq olunmalıdır”.