çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Qonşu ölkədə idman yarışları dayandırıldı

16.03.2020 11:35 Oxundu 483


Qazaxıstanda bütün futbol yarışları aprelin 15-dək dayandırılıb.

Cempion.az xəbər verir ki, səbəb kimi koronavirus pandemiyasının geniş yayılmasıdır. Ölkədə bu gündən bir aylıq fövqəladə vəziyyət elan edilib. Məqsəd əhalinin təhlükəsizliyinin təmin edilməsidir.

Oyunların yeni tarixi barədə qərar bir müddətdən sonra açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl qonşu ölkələrdən Gürcüstan və İranda da bütün idman tədbirləri dayandırılıb. Türkiyədə yarışlar azarkeşsiz keçdiyi halda, Rusiyada heç bir ciddi qadağa yoxdur.