16.03.2020 11:47
474

Futbol üzrə Azərbaycan 1-ci divizionunda mübarizə aparan “Kəpəz”in əsas komandası məşqləri dayandırıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Koronavirus pandemiyasının dünyada geniş yayılması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar olaraq Gəncə təmsilçisi hazırlıq proseslərinə müvəqqəti olaraq fasilə verilib.
Qeyd edək ki, bir müddət öncə klubun aşağı yaş qrupları üzrə bütün komandalarının məşqləri də qeyri-müəyyən vaxta kimi təxirə salınıb.