16.03.2020 18:44
507

Meksika, Braziliya və Əlcəzair çempionatları dayandırılıb.
Cempion.az xəbər verir ki, Koronavirus pandemiyasının geniş yayılmasına görə, adıçəkilən 3 çempionatlar təxirə salınıb.
Həmin ölkələrdə təkcə yüksək liqa deyil, bütün daxili yarışların dayandırılması qərara alınıb. Braziliya və Meksikada qeyri-müəyyən müddətə, Əlcəzairdə isə ən azı aprelin 5-nə qədər heç bir turnir keçirilməyəcək.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda idman yarışları dayandırılıb