çərşənbə axşamı, 06 may 2025

VOLEYBOL

Yüksək Liqa və I Liqanın oyunları növbəti dəfə uzadıldı

16.03.2020 14:35 Oxundu 522


Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası, kişilər arasında isə Yüksək Liqa və I Liqanın oyunları növbəti dəfə təxirə salınıb. 

Cempion.az Azərbaycan Voleybol Federasiyasının rəsmi sayıtına istinadən xəbər verir ki, bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən qeyri-müəyyən vaxtadək atılıb.  

Federasiyanın qərarı dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Ölkədə fəaliyyət göstərən voleybol üzrə bütün bölmə və klublardan da məşqləri dayandırmaq tələb olunub.

Bildirilib ki, yarışların və məşqlərin bərpa olunacağı vaxtla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası martın 4-də çempionat oyunlarını təxirə salsa da, martın 12-də yenidən bərpa etmişdi.