çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

A Seriyası ilə bağlı açıqlama

16.03.2020 15:49 Oxundu 535


İtaliya Futbol Federasiyasının prezidenti Damiano Tommasi koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri, çempionatın davam etdiriləcəyini bildirib:

“Aprel ayında oyunların keçirilməsinin mümkünsüz olduğu bəllidir. Uyğun şərtlərlə, may və ya iyun ayında çempionata davam edə bilərik. Mövzu futbol olanda, insanlar sadəcə futbolçuları düşündüyümüzü fikirləşirlər, amma komandalarda çoxlu insanlar çalışır. Mövcud problem təkcə İtaliyada deyil, Avropadadır. UEFA-nın buna uyğun davranması lazımdır”.