16.03.2020 19:00
472


Qış fasiləsində "Qarabağ"ı Çin klubuna dəyişən Dani Kintana komandasının düşərgəsinə qoşulub.
Cempion.az xəbər verir ki, bu barədə ispaniyalı futbolçu özü məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi "Çendu Better Siti" klubu ilə məşqlərə başlayıb. Kintana bildirib ki, bir neçə gündür klubun təmsil etdiyi Çendu şəhərindədir: "Artıq komanda ilə birlikdəyəm. Burada hər şey qaydasındadır. Hamı normal həyata qayıdıb. Koronavirus təhlükəsi ölkənin bəzi yerlərində davam etsə də, Çendu şəhərində hər şey qaydasındadır".