16.03.2020 20:00
474

İspaniyanın “Barselona” klubunun futbolçusu Mark-Andre Ter Ştegenlə yeni müqavilə imzalamaq istədiyini xəbər vermişdik.
Cempion.az xəbər verir ki, Kataloniya klubunun qolkiperə təklif etdiyi müqavilənin detalları məlum olub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumatda, “Barselona”nın 27 yaşlı futbolçuya 2024-cü ilədək nəzərdə tutulan müqavilə təklif etdiyi deyilir. Müqaviləyə görə, alman qolkiper ildə 6,3 milyon avro məvacib qazanacaq. Tərəflərin bu müqavilə ilə bağlı danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən Ter Ştegenin hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.