çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

ABŞ-da Banişevski turniri

16.03.2020 15:20 Oxundu 579

ABŞ-ın Nyu-York şəhərində məhşur Azərbaycan futbolçusu Anatoli Banişevskinin şərəfinə xatirə turniri keçirilib. Artıq ənənv xarakter alan bu turnir futbolçunun yetirməsi və dostu olan veteran futbolçu, SSRİ idman ustası Arif Zərbailovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. Turnirin keçirilməsində hər il təşkilatçılara Nyu-York İdman Veteranları Assosiasiyası (rəhbəri E. Lunun), Nostrand Hauses Pharmacy (Q. Smolyar) şirkəti, SC Sport Boys (A.Ruiz), “Paris” restoranı (G. Aleks), Oazis kafesi (A. Ruslan, P. İsak) və Signature NY restoranı (V. Yusifov) dəstək verir.

Bu il 6-ci dəfə keçirilən turnirin final mərhələsində ABŞ-da yaşayan keçmiş SSRİ-nin müxtəlif icmalarınn nümayəndələrindən təşkil olunmuş  “Neftçi”,  “Dinamo Tbilisi”, “Alqa Bişkek”,  “Pamir Düşənbə”, “Dnepr” və Nyu-Yorkun “Kosmos” komandaları mübarizə aparmışlar.  Pley-of qaydası ilə keçirilən final mərhələsində turnirin qalibi adı uğurda oyunda “Dinamo Tb” və “Alqa” komandaları qrşılaşıblar. Oyun Gürcüstan icması nümayəndələrinin minamal hesablı qələbəsi ilə başa çatmışdır: 1-0.
“Neftçi” 3-cü, “Dnepr” 4-cü, “Pamir” 5-ci, “Kosmos isə 6-ci yeri tutublar.
İndiyə qədər turnirin qalibi adını 3 dəfə “Neftçi”, 1 dəfə “Dinamo Tb.” və bir dəfə də SSRİ yığma komandası qazanıb.
Bu il keçirilən VI turnirdə fəxri qonaqlar arasında Azərbaycanın veteran futbolçusu, hakim-inspektor Asim Xudiyev və müğənni Elariz Məmmədoğlu da olub.