çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Daha bir ölkə AVRO-2020-nin təxirə salınmağın istəyir

16.03.2020 21:30 Oxundu 486


İtaliya Futbol Federasiyasından sonra daha bir milli assosiasiya AVRO-2020-nin təxirə salınacağına ümid edir.

Cempion.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, Avropa çempionatının ev sahiblərindən biri olan Almaniya da turnirin vaxtının dəyişdirilməsini istəyir.

Almaniya Futbol Liqasının (DFL) rəhbərliyi UEFA-nın quruma üzv 55 milli assosiasiya rəsmiləri ilə 17 mart videokonfransında AVRO-2020-nin təxirə salınmasını təklif edəcək.

DFL-in direktoru Kristian Seyfert bildirib ki, ölkələrə öz yerli çempionatlarını başa vurmaq üçün vaxt verilməlidir.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onların arasında Berlin də var. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.