çərşənbə axşamı, 06 may 2025

BOKS

Azərbaycanlı boksçu 1/8 finalda

16.03.2020 22:55 Oxundu 661


Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.

Cempion.az xəbər verir ki, birinci seansda Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Olimpiya mükafatçımız Lorenzo Sotomayor yarışda ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Sotomayor rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

O, 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi Danimarka idmançısı Sebastyan Terteryan olacaq.

Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.