çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

“Keşlə”də məşqləri dayandırdı

16.03.2020 23:20 Oxundu 561


Azərbaycan Premyer Liqasında mübarizə aparan daha bir komanda məşqləri dayandırıb.
Cempion.az xəbər verir ki, söhbət “Keşlə”dən gedir.

Klubun rəsmi saytının yaydığı məlumata görə, koronavirus (COVID-19) virusunun dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ gərargahın verdiyi qərarla əlaqədar, “Keşlə”nin əsas, əvəzedici və akademiya komandalarının məşqlərinə müvəqqəti fasilə verilib.

Qeyd edək ki, daha öncə “Neftçi”, “Sumqayıt”, “Sabah”, “Qəbələ” və “Səbail” də koronavirus pandemiyasına görə bütün məşqləri müvəqqəti dayandırdıqlarını açıqlayıb.