çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

UEFA-dan yeni qərar

17.03.2020 18:45 Oxundu 521


UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı qərar verib.

Cempion.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa futbol qurumu hər iki turnirin 2020-ci ildə başa çatdırılmasını istəyir. Bu qərar 55 üzv milli assosiasiya ilə bugünkü video-konfransda açıqlanacaq. 

Qərara əsasən, Çempionlar Liqası və Avropa Liqası matçları pandemiyanın təsiri azaldıqdan sonra qaldığı yerdən davam edəcək. AL-in final oyununun iyunun 24-də, ÇL-in həlledici qarşılaşmasının isə iyunun 27-də keçirilməsi planlıaşdırılır. 

Avrokuboklar əvvəlcədən müəyyən olunmuş vaxtdan gec qurtaracağı üçün bu yay keçirilməli olan Amerika Kuboku da təxirə salınıb. UEFA bunu sözügedən turnirdə iştirak edən yığmaların üzvlərinin Avropa klublarında oynaması ilə əlaqələndirib.