çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Rusiya Premyer Liqası dayandırıldı

17.03.2020 19:34 Oxundu 515


Futbol üzrə Rusiya Premyer Liqasının oyunları təxirə salınıb.

Cempion.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda, bu gün Premyer Liqa klubları ilə keçirilən iclasda çempionatın aprelin 10-dək dayandırılmasının qərara alındığı bildirilir.

Bundan başqa, ölkədə keçirilməsi nəzərdə tutulan digər idman tədbirləri də sözügedən tarixədək dayandırılacaq.