18.03.2020 14:27
480

"Mançester Yunayted" futbolçusu Nemanya Matiçlə müqavilənin müddətinin uzadılması ilə bağlı bəndi aktivləşdirib.
Cempion.az "Sky Sports"a istinadən xəbər verir ki, bununla da 31 yaşlı yarımmüdafiəçi ən azı 2021-ci ilin yayına kimi İngiltərə klubunda qalacaq. "MY", həmçinin serbiyalı futbolçu ilə yeni müqavilə imzalamaq üçün də danışıqlara başlayıb.
Qeyd edək ki, Matiç bu mövsüm Premyer Liqada oynadığı 12 matçda 1 qol ötürməsi verib.