çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

İtaliya klubları futbolçuların maaşlarını dondurmaq istəyir, federasiya buna qarşı çıxır

18.03.2020 15:23 Oxundu 530


İtaliyada koronavirus səbəbindəm liqaların dayandırılmasından sonra maaş məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A və B seriyası klublarının prezidentləri maliyyə itkilərini minumuma endirmək üçün bir müddət oyunçuların maaşını dondurmaq fikrinə düşüb. Ancaq İtaliya Futbolçular Assosiasiyası bu ideyaya qarşı çıxıb.

Xəbərdə həmçinin A seriyasının mayın 9-u bərpa edilə biləcəyi və bu, baş verəcəyi təqdirdə, çempionatın iyul ayına qədər davam edəcəyi vurğulanıb.

Klublar və İtaliya Futbolçular Assosiasiyasının müqaviləsi iyunun 30-u başa çatacaq futbolçuların sözləşmə müddətini iyulun 15-ə kimi uzada biləcəyi qeyd olunub.