şənbə, 21 iyun 2025

DÜNYA FUTBOLU

İngiltərədə ayın məşqçisi seçildi

18.03.2020 16:00 Oxundu 460


İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Cempion.az xəbər verir ki, "Börnli"nin çalışdırıcısı Şon Dayç bu mükafata layiq görülüb.

48 yaşlı mütəxəssis bu mükafat uğrunda mübarizədə Mikel Arteta ("Arsenal"), Ole-Qunnar Sulşayer ("Mançester Yunayted") və Kris Uelderi ("Şeffild Yunayted") qabaqlayıb.

İngilis mütəxəssis 2-ci dəfə bu mükafatı qazanıb. "Börnli" ötən ay keçirdiyi 5 oyunun 2-də qalib gəlib, 3-də heç-heçə edib.