bazar, 18 may 2025

DÜNYA FUTBOLU

Messi "Barselona"dan ayrılır

18.03.2020 20:05 Oxundu 588


İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi komandadan ayrılmağa hazırlaşır.

Cempion.az Ispaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu ilə müqaviləsi gələn mövsüm bitəcək argentinalı futbolçu, yayda “Barselona”nı tərk edə bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona”nın Messi ilə yeni müqavilə imzalamaq niyyətində olduğu bildirilsə də, hücumçu komandadan ayrılmaq qərarına gəlib. Messinin PSJ-nin hücumçusu Neymarın komandaya qayıdacağı halda “Barselona”da qala biləcəyi deyilir.

Qeyd edək ki, 2005-ci ildən “Barselona”nın şərəfini qoruyan Messinin müqaviləsi gələn ilin iyununda başa çatır.