bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Pyaniç İngiltərə klubunun hədəfində

18.03.2020 20:30 Oxundu 515


“Çelsi” “Yuventus”un futbolçusu Miralem Pyaniçi heyətinə qatmaq istəyir.

Cempion.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Yarımmüdafiəni gücləndirmək istəyən “Çelsi”, 29 yaşlı futbolçu ilə danışıqlara başlamaq niyyətindədir.

“Yuventus” klubla 2023-cü ilin yayına qədər müqaviləsi olan Pyaniç üçün 60 milyon avro tələb edir.

2016-cı ildən “Yuventus”da çıxış edən Pyaniç, bu mövsümdə 32 oyunda iştirak edib.