bazar, 22 iyun 2025

BİZİM FUTBOL

Azərbaycanlı futbolçu Gürcüstan klubundan ayrıldı

19.03.2020 12:00 Oxundu 588


Azərbaycanlı futbolçu Tural Rzayev formasını geyindiyi “Merani” klubundan ayrılıb.

Cempion.az xəbər verir ki, “Merani” 26 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Daha əvvəl Azərbaycanda “Kəpəz”in formasını geyinən Rzayev, Litvanın “Yonava” klubunda da çıxış edib. Yarımmüdafiəçi bu ilin yanvarında “Kəpəz”dən “Merani”yə keçib. Onun Gürcüstan karyerası cəmi bir ay çəkib.